Müxtəlif texniki yeniliklər meydana çıxdıqca insanın məişət həyatı maksimum rahat və sadə olur. Müasir texnologiyalar evi işıqlı, isti etməyə, idarə olunması vaxt və hətta xüsusi bilik tələb edən müxtəlif mühəndis sistemləri ilə təchiz etməyə imkan verir. “Ağıllı ev” evin bütün texniki sistemlərini birləşdirir və onların idarə olunmasını sadə və rahat edir. Siz, harada olmağınızdan asılı olmayaraq, təhlükəsizlik sistemi sayəsində evinizə tam nəzarət edirsiniz. Bu sistemə su sızmasından, qaz sızmasından müdafiə, mühafizə-yanğın siqnalizasiyası, videomüşahidə daxildir.

“Ağıllı ev”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, həm sizin  həyatınızı rahat edir, həm də resurslara qənaət edir. Sistem özü isidiciləri enerjiyə qənaət rejiminə keçirir yaxud küçədə temperatur dəyişdikdə onları söndürür, siz otaqda olmadıqda işığı, televizoru və ya musiqini söndürür. Artıq siz evdən çıxarkən elektrik cihazlarını söndürmədiyinizə görə narahat olmayacaqsınız. Mobil telefondan sistemə daxil olmaqla və bir düyməni basmaqla bütün elektrik cihazları söndürə bilərsiniz.