EKSTERYER DİZAYN

Eksteryer - binanın xoş estetik təəssürat  yaradan memarlıq xarici görünüşü, tərtibatıdır. Burada əsas rolu düzgün seçilmiş üzlük materialları oynayır, onlar bəzək və qoruyucu funksiyasını yerinə yetirir. Üzlüyün növü sifarişçinin istəkləri və imkanlarından, habelə bünövrə və divarların daşıyıcı xassələrindən asılıdır, belə ki, bir sıra materiallar dayaq konstruksiyalarına düşən yükü xeyli artırır. 

 

REDIZAYN

Memarlıq işindən fərqli olaraq eksteryer dizayn layihəsi yalnız tikinti başlamazdan əvvəl deyil, həm də mövcud bir tikili üçün də hazırlana bilər.

Yəni eksteryer dizayn işi sayəsində, artıq tikilmiş bir evin görünüşünü də dəyişdirmək mümkündür.

 

FASAD ÜÇÜN DİZAYN

Binanın fasadı – onun vizit kartıdır. Hətta evin içində olmadan, insan evin fasadına baxmaqla, onun interyeri və sahibləri haqqında təsəvvür yarada bilər.

Buna görə də evinin həm çöldən, həm də daxildən gözəl olmasını istəyir. Bu problemi fasadın dizaynı, daha dəqiq desək, onun dizayn layihəsi həll edə bilər. Gəlin bunun nə olduğunu araşdıraq.

Fasadın dizayn layihəsi – məqsədi binanın yeni arxitektur simasının yaradılması olan kompleks xidmətdir. Layihə lazımi həllin axtarışına sərf olunan vaxtı qısaltmağa, həmçinin məsələni və onun həlli yollarını dəqiq təyin etməyə kömək edir, bu isə fasadın yaradılması prosesini sürətləndirir və gərəksiz problemlərin qarşısını alır. Hətta siz nəticədə nə əldə etmək istədiyinizi bilsəniz də, bu, kifayət etmir. İşin ləngiməməsi və arzu olunan nəticənin əldə olunması üçün ətraflı işlənmiş layihə tələb olunur. Gəlin ardıcıllığı müəyyən edək – fasadın dizayn-layihəsi nədən başlayır və nə ilə bitir.