Biz mənzillərin bir neçə əsas təmir növlərini yerinə yetiririk: kompleks – bütün mərhələlərdə işlərin tərəfimizdən ardıcıl, texnologiya və inşaat qaydalarına uyğun icrası – sökmə, tikinti, bəzək, mühəndis sistemlərinin quraşdırılması, elektromontaj; əsaslı – mühəndis sistemləri və avadanlıq dəyişdirilməklə bəzək və tikinti işləri; “açar təslimi” təmir – təmirin başa çatdığı anda mənzilin sahəsinin hazır olması şərtilə müəyyən işlərin məcmusu; kosmetik – mövcud bəzək qatlarının və örtüklərinin çıxarılması və yenisi ilə əvəzlənməsi (qismən düzləndirmə, malalama, divar kağızlarının yapışdırılması, divarın və tavanın boyanması, yeni döşəmə örtüyünün vurulması); xırda (seçmə) təmir – kosmetik təmirə oxşar, lakin sahəsi kiçik və az vaxt aparan (bir qayda olaraq, bir usta tərəfindən görülən) işləri nəzərdə tutur.

Biz sizə həm də  mənzilin astar təmirini sifariş etmək imkanını təklif edirik. Bu halda üzlük təmiri özünüz yerinə yetirə və ya bizə həvalə edə bilərsiniz (məsələn, ailə büdcənizi tamamlamaq üçün lazım olan müəyyən vaxt keçdikdən sonra).