Tikinti obyekti – tikintisi, yenidən qurulması, genişləndirilməsi və ya texniki təchizatının dəyişidirilməsi üçün ayrıca layihənin və smetanın tərtib edilməsini tələb edən hər bir ayrıca bina və ya tikilidir (ona aid bütün avadanlıq, alətlər və inventar, qalereyalar, estakadalar, daxili su təchizatı, kanalizasiya, qaz kəməri, istilik kəməri, elektrik təchizatı, radiofikasiya, həyətin içində köməkçi  və yardımçı tikililər, abadlaşdırma və digər işlər və xərclərlə birlikdə). İş növləri də (vertikal planlama, xarici mühəndis şəbəkələri, giriş və sexlər arası yollar, ərazinin abadlaşdırılması və .) ayrıca tikinti obyekti sayılır.