İNTERYER DİZAYN

İnteryer –rahatlığı və mühitin insanlarla  estetik cəhətdən xoş qarşılıqlı əlaqəsini təmin etmək məqsədilə binanın daxili görünüşünə yönəldilən dizayn sahəsidir. İnteryer dizaynı bədii və sənaye dizaynını özündə birləşdirir. Dizayner binada əməyin optimallaşdırılmasını yerinə yetirir, iri sahələrdə naviqasiyanı yaxşılaşdırır, müştərilərin tələbləri əsasında xüsusi otaqların tərtibatını işləyib hazırlayır. Dizayner binanın planlaşdırılmasından, işıqlandırmasından, ventilyasiya sistemlərindən, akustikadan başlayaraq mebelin yerləşdirilməsi və naviqasiya işarələrinin quraşdırılmasına qədər bütün interyerin tərtibatı prosesini idarə edir.

 

NEOKLASSİK DİZAYN

XVI əsrdə İtaliyada yaranan Neoklassisizmin əsas xüsusiyyətləri yüngüllük, incəlik və düzlükdür. Neoklassisizm antikaya müraciət xüsusiyyətlərinə malikdir. Neoklassisizm həddindən artıq stilik elementlərin yüklənməsini dəstəkləməyən yalnız klassik yumşaqlığı ilə seçilən xətlərin minimalist sadəliyinə cazibə verir.

Bu stilin yaratdığı məkanda sahələr axarlı surətdə biri-birindən keçərli olur. Məsələn koridor və ya holdan görüntü qonaqotağı və daha digər sahələrə açılır. Monoxrom rənglər dinc əhval-ruhiyyə yaradır. Bu stildə çiçək bəzəkləri ilə həddindən artıq yüklənmə yolverilməzdir. Neoklassisizm stildə zərif formalı mebel zərif rəng sxemləri ilə mükəmməl birləşərək otağın dekorasiyasında ahəngdar ümumi mənzərə yaradır.

 

MODERN DİZAYN

Evin interyerinin qüsursuz və aydın sərhədlərə, sadə rəng palitrasına meyl etdiyini, istifadə olunan materialların arasında isə böyük ehtimalla şüşə və poladın olduğunu göstərən dəbli üslubdur.

Modern üslubda dizayn mebelin hər bir elementini, o cümlədən sadəliyini vurğulayır. Bu üslubda nizamsızlıq, qarışıqlıq və ya hər hansı tələskənlik yoxdur. Modern üslubunu təsvir edərkən istifadə edə biləcəyimiz əsas söz “Rəvan” sözüdür.

 

KLASSİK DİZAYN

İnteryerin klassik üslubda tərtibatı hər zaman dəbdə olub və olacaq. Müxtəlif ölkələrdə klassik üslubun öz milli interpretasiyaları mövcuddur, lakin, buna baxmayaraq, bu stilistik konsepsiyanın əsas səciyyəvi xüsusiyyətləri var. Klassisizm üslubunda tərtib olunmuş apartamentlərə komfort və rahat ev mühiti ilə uzlaşan aristokratlıq xasdır. Bu üslub təbii materiallardan mebel və aksessuarların istifadəsini nəzərdə tutduğuna görə klassik dizayn-layihəni həyata keçirmək hər kəsin imkanı daxilində deyil.