“RMK Construction” şirkəti layihənin hazırlanmasından tutmuş ətraf ərazinin abadlaşdırılmasına qədər bütün növ inşaat işlərini yerinə yetirir və hər bir mərhələnin keyfiyyətinə görə məsuliyyət daşıyır. Standartlara, inşaat norma və qaydalarına  əməl etmə – binanın möhkəmliyinin, uzunömürlülüyünün, təhlükəsizliyinin təminatıdır.

 

Obyektin tikintisinin mərhələləri:

  • Layihənin tərtib edilməsi. İlkin mərhələdə otaqların, mühəndis sistemlərinin memarlığı, planlaşdırılması və digər nüanslar müəyyən edilir. Bizim elektron kataloqdan standart layihəni seçə, ona dəyişikliklər edə və ya layihəçilərin sizin istəklərinizi nəzərə alaraq hazırlayacağı fərdi layihəni sifariş edə bilərsiniz.
  • Bünövrənin tökülməsi, divarların qaldırılması, dam örtüyünün quraşdırılması. İşlər aparılan hesablamalar əsasında yerinə yetirilir. Bu, tikinti konstruksiyasının möhkəmliyini, etibarlılığını, təhlükəsizliyini təmin edir.
  • Mühəndis şəbəkələrinin, avadanlığın quraşdırılması. Vacib tələb – enerjiyə qənaətdir. Mütəxəssislərimiz minimal qiymətə əla nəticə əldə etməyə imkan verən variantı seçəcək.
  • Xarici bəzək, interyer dizaynı. Son mərhələdə evin zahiri görünüşü, rahat şərait yaradılır.
  • Evyanı ərazinin tərtibatı. Çardaqların, cığırların, Alp təpələrinin, ləklərin və qazonların yaradılmasından ibarətdir.